Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" layiqli qələbə qazandı" - Elmar Baxşıyev

17 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Öncə futboldan yox, Füzuli şəhərinin işğaldan azad olması münasibətilə təbrik edirəm. Klub olaraq erməni terrorunu lənətləyirik".

Press.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komandalar arasında fərq hiss olunur: "Qarabağ" təşkilatlanmış kollektivdir. Biz isə yeni klubuq. İnanıram ki, getdikcə yaxşı yerlərə yüksələcəyik".

Baxşıyevin sözlərinə görə, oyun ərzində fərqlənmək üçün şansları olub: "Amma rəqib elə bir komandadır ki, hər zaman səni təzyiq altında saxlayır. Bu gün "Qarabağ" layiqli qələbə qazandı. Bu gün onlar bizdən güclü idi".

Baş məşqçi Qismət Alıyevin yoxluğunun hiss olunduğunu söyləyib: "Məşqçinin işi heyfslənmək yox, daha artıq çalışmaqdır. Gənclərimiz var, Qismətin yerini doldura biləcəklər".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI