Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“İşbaz” iş başında yaxalandı və ya qanunsuz iddiaya qanuni cavab

17 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hazırda müstəqil Azərbaycan şərəfli günlərini yaşayır. Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağında olan ərazilərimizi işğaldan azad edir, qəhrəmanlıq tarixi yazır. Təəssüf ki, belə gərgin günlərdə bəzi “işbazlar” Vətən müharibəsi getdiyini “unudur”, hamının diqqətinin Azərbaycan əsgərinə, aparılan qızğın döyüşlərə yönəlməsindən sui-istifadə edərək, qanunsuz işlərlə məşğul olurlar.

Dövlət qurumlarının qanuni tələblərindən yayınmaq məqsədilə isə çirkin əməllərə əl atır, qanunsuz hərəkətlərinə “don geydirmək” üçün sosial şəbəkələrdə böhtan xarakterli paylaşımlar edirlər.

Belə ki, 16 oktyabr 2020-ci ildə “Instagram” sosial şəbəkəsində paylaşılan şəkildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşlarının rüşvət tələb etdiyi iddia olunur:

“Məsələ ilə bağlı bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları 16 oktyabr 2020-ci ildə Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı altında olan torpaq sahəsinin istifadə vəziyyəti ilə bağlı Səbail rayonu, Bibiheybət qəsəbəsi, N.Quliyev 57 ünvanında yerləşən ictimai iaşə obyektinin (“Xəzər” restoranı) ərazisinə baxış keçiriblər.

Monitorinq zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 248.1-ci maddəsinin tələblərinin pozularaq, Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağında tikinti-quraşdırma və betonlama işlərinin aparıldığı, sahilə sərbəst gediş-gəlişin məhdudlaşdırıldığı müəyyən edilib.

Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən ictimai iaşə obyektinin icarəçisinin iştirakı ilə bu hüquq pozuntusu təsdiq edən akt tərtib olunub. Müəyyən olunmuş faktlar əsasında qanunverciliyə uyğun olaraq, müvafiq tədbirlər görüləcək.

Sonda bu cür “işbazlara” bir daha xatırlatmaq istərdik ki, qanun alidir. Ona əməl etmək isə hamının borcudur. Xüsusilə hazırkı həssas dövrdə...”

Oxşar xəbərlər
OTACI