Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota təqdim edib

17 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozaraq, işğal olunmuş ərazilərə qanunsuz səfəri ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi ölkənin Xarici İşlər Naziriliyinə nota təqdim edib.

Trend bu barədə səfirliyə istinadən məlumat yayıb.

Notada qeyd olunur ki, 2020-ci il oktyabrın 16-da Vitali Milonov separatçı rejimin qondarma “rəhbəri” ilə görüş keçirib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində onsuz da gərgin vəziyyəti daha da gərginləşdirməyə yönəlmiş bir sıra təxribatçı açıqlamalar verib.

Daha sonra qeyd olunur ki, Dövlət Dumasının deputatının belə təxribatçı əməlləri həm Azərbaycan ictimaiyyətinin, həm də Rusiyadakı çoxsaylı diasporun haqlı hiddətinə səbəb olub və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə yönəlib.

Oxşar xəbərlər
OTACI