Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Santos" 1 həftə əvvəl transfer edilən Robinyo ilə müqaviləni pozdu

17 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Braziliyanın "Santos" klubu 1 həftə əvvəl transfer etdiyi Robinyo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Press.az xəbər verir ki. Bu barədə klubun saytı məlumat yayıb. Belə bir addıma səbəb kimi 36 yaşlı hücumçunun hazırda İtaliyada davam edən məhkəməsinə köklənməli olması göstərilib.

Robinyo 2013-cü ildə gecə klubunda alban əsilli 23 yaşlı gənc qadına təcavüzdə ittiham olunur. 2017-ci ildə Milan məhkəməsi futbolçunu 9 il müddətinə həbs cəzasına məhkum etsə də, onun şikayətinə baxıldığı üçün iş hələ açıq olaraq qalır.

Qeyd edək ki, braziliyalı oyunçu ilə oktyabrın 10-da müqavilə imzalanmışdı.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI