logo
First slide

Ter Ştegen "El-Klassiko"nu buraxacaq

17 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen “El-Klassiko”nu buraxacaq.

Press.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə baş məşqçi Ronald Kuman danışıb.

57 yaşlı mütəxəssis əməliyyatdan sonra bərpa prosesi keçən qolkiperin “Real”la oktyabrın 24-də keçiriləcək matçda meydana çıxa bilməyəcəyini bildirib. Çalışdırıcı almaniyalının meydanlara qayıtma tarixinin dəqiq bilinmədiyini vurğulayıb.

Qeyd edək ki, "Barselona" - "Real" görüşü Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Oxşar xəbərlər
OTACI
OTACI