Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kəmaləddin Heydərov: "Dağılan evlər dövlət tərəfindən bərpa olunacaq"

17 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Erməni terroru nəticəsində dağılan evlər dövlət tərəfindən bərpa olunacaq".

Press.az xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Gəncədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

“Yeni evlər tikiləcək və həyat ən yüksək səviyyədə davam edəcək. Allah ölənlərə və şəhidlərimizə rəhmət eləsin”, - Nazir bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. İndiyədək dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.

Oxşar xəbərlər
OTACI