logo
First slide

Almaniyadakı Azərbaycan diasporu Gəncə terroruna qarşı etiraz aksiyası keçirdi

16 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniyanın Köln şəhərində Alman Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən icazəli aksiya təşkil edilib.

Press.az xəbər verir ki, şəhərin “Roncalliplatz” meydanı adlanan ərazisində baş tutan aksiyada azərbaycanlı icmasının Köln şəhərində və ətraf ərazilərdə yaşayan üzvləri iştirak edib.

Aksiyada işağlçı Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhəri və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması, humanitar atəşkəs barədə razılaşma əldə olunmasına baxmayaraq ermənilərin daha da azğınlaşaraq riyakar siyasət həyata keçirməsi kəskin şəkildə pislənilib. Mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki infrastrukturun dağıdılmasına kəskin etiraz bildirilib.

İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və s. şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizəni dəstəklədiklərini bildirib, beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması üçün ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı uşaq olmaqla, 35 nəfər yaralanıb.

Oxşar xəbərlər
OTACI
OTACI