Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AFFA-dan Avro-2020 açıqlaması

16 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu günə qədər UEFA-dan AVRO-2020-də dəyişiklik və ya araşdırma məqsədi ilə bağlı AFFA-ya heç bir sorğu daxil olmayıb”.

Press.az xəbər verir ki, bu sözləri apasport.az-a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Böyük Britaniyanı “Sun” nəşrinin koronavirus pandemiyası, həmçinin Dağlıq Qarabağda baş verən hadisələrə görə Avropa çempionatının Bakıdan alınma ehtimalına münasibət bildirən Məmmədov hazırda bunun gündəmdə olmadığını söyləyib: “Bildiyiniz kimi, Avro-2020 bu ilin iyun-iyul aylarında təşkil olunmalı idi. Lakin təəssüf ki, koronavirus pandemiyası elan olunduğu üçün UEFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən, yarış bir illik təxirə salınıb. Son günlər beynəlxalq və yerli mediada turnirin yerli formatı ilə bağlı müxtəlif fikirlər eşidirik. Ancaq komitənin son qərarına əsasən, AVRO-2020 Bakı da daxil olmaqla 12 şəhərdə təşkil olunacaq. Həmin yarış 2021-ci ilin iyun-iyul aylarında keçiriləcək. UEFA-dan hər hansı bir məlumat alsaq, bunu ictimaiyyətə bildirəcəyik”.

Qeyd edək ki, 12 ölkədə keçirilməli olan Avro-2020 koronavirus səbəbindən 2021-ci ilə təxirə salınıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI