Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Deputat Azərbaycan əhalisinə ÇAĞIRIŞ ETDİ

16 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin deputatı, tanınmış cərrah Rəşad Mahmudov Azərbaycan əhalisinə çağırış edib.

Press.az xəbər verir ki, Rəşad Mahmudov çağırışında bildirib:

"Bütün dünya ölkələrindəki çağırışlardan fərqli olaraq, Azərbaycan xalqı bu gün sadəcə sağlamlığı üçün deyil, hər birimizin bir dəqiqə belə unuda bilmədiyi əsgəri üçün, vətəni üçün, ordusu üçün COVİD-19-a hamılıqla “yox” deməlidir.

Bu gün hər birimiz koronavirusa yoluxanların sayını azaltmağa deyil, hətta sıfırlamağa məcburuq. Çünki...

Gəlin səhiyyə işçilərimizi, həkimlərimizi COVİD-19-la mübarizəsiylə məşğul etməyək, fədakar tibb işçilərimizin gücünü, ruhunu öz əsgərinə, öz ordusuna, öz haqlı davası uğrunda mübarizədə zədələnmiş, xəsarət görmüş insanların sağlamlığına həsr edək!

Gəlin Ali Baş Komandan və hökümət üzvlərinin diqqətini səngərdən və haqlı davamızdan başqa heç bir yerə ayırmayaq".

Oxşar xəbərlər
OTACI