Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"ın rəqibinin zədəli futbolçusu sağaldı

16 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal”ın futolçusu Frensis Kokelin zədəsini sağaldıb.

Press.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, La Liqanın 3-cü turunda "Barselona" ilə matçda sağ bud əzələsindən zədə alan 29 yaşlı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçib. Onun tam sağaldığı və artıq məşqlərə başlaması üçün heç bir maneənin qalmadığı açıqlanıb.

Qeyd edək ki, İspaniya təmsilçisinin müdafiəçisi Pervis Estupinyan və hücumçu Jerar Moreno zədə səbəbindən qarşıdakı turları, eyni zamanda Avroliqada “Qarabağ”la Bakıda keçiriləcək matçı buraxacaq. Koronavirusa yoluxan müdafiəçi Sofian Çakla isə müalicə alır.

Xatırladaq ki, "Qarabağ" "Vilyarreal"la oktyabrın 29-da Bakıda qarşılaşacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI