Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hikmət Hacıyev: “Ermənistan var qüvvəsi ilə münaqişənin coğrafiyasını genişləndirmək istəyir”

16 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Naxçıvanın Ordubad rayonuna raket zərbəsi endirməsindən bəhs edib.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

“Ermənistan Naxçıvanın Ordubad rayonuna raket zərbəsi endirib. Bu onu göstərir ki, Ermənistan var qüvvəsi ilə münaqişənin coğrafiyasını genişləndirmək istəyir. Hərbi fəaliyyətlər teatrından kənarda Azərbaycan şəhərlərinə raket atılır. Bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, - deyə prezidentin köməkçisi bildirib.

Armenia launched missile attack to Ordubad region in Nakhchivan. It testifies that Armenia by all means tries to enlarge geographical scope of conflict. Beyond theatre of military operations fires missiles to cities of Azerbaijan. All responsibility lies on Armenia.

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 16, 2020

 

Oxşar xəbərlər
OTACI