Azərbaycan hələlik Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tərkibinə rusiyalı hərbi müşahidəçilərin qoşulması fikrini dəstəkləmir.
Press.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib.
O vurğulayıb ki, Azərbaycan başqa ölkənin ərazisində əməliyyatlar aparmır:
“Azərbaycan öz suveren ərazisi olan bölgələrdə əməliyyatlar keçirir və biz hesab edirik ki, rusiyalı hərbi müşahidəçilərin göndərilməsi zəruri deyil. Onlar hələlik bizə lazım deyil”.