Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məktəblərdə karantin deyil, tətil elan edilib - Emin Əmrullayev

16 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məktəblərdə karantin deyil, tətil elan edilib. Bu, o deməkdir ki, məktəb şagirdləri üçün bu və digər qaydada dərs keçirilmir.

Press.az
-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, noyabrda bir həftə tətil var idi: " Biz bu tətili digər tətil günləri ilə əvəzləşdirə biləcəyik".

Nazir bildirib ki, məktəblərin özlərində kütləvi yoluxma halına rast gəlinməyib. Onun sözlərinə görə, bu gün elan edilən tətildə tədris müddəti qısaldılmır:

"Bu tətil tədris ilinin azalmasına və şagirdlərin daha az müddətdə təhsil almasına səbəb olmayacaq. Şagirdlər bu gün olmayan təhsili qarşıdakı vaxtda alacaqlar".

Oxşar xəbərlər
OTACI