Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Emin Əmrullayev təhsil müəssisələrində tətilin səbəbini açıqladı

16 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ölkədə koronavirusa yoluxma sayının artımı təhsil müəssisələrinin müvəqqəti bağlanmasına səbəb oldu.

Press.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, yoluxma dinamikasının artımı nəzərə alınaraq, gələn həftənin birinci günündən məktəblərdə tətil elan olunub:

“Nəzərə alınmalıdır ki, yoluxma ilə bağlı iki milyona yaxın təhsilalan və bir neçə min təhsil işçisi təhlükə qarşısında qalır. Onların təhlükəsizliyi nəzərə alınaraq, bu addım atılıb”.

Nazir bildirib ki, sentyabrın 15-dən bir həftə ərzində iki məktəb bağlanmışdısa, son günlər yoluxma halları ilə bağlı gündə bir neçə təhsil müəssisəsi bağlanıb:

“Bununla bağlı qərarı düzgün hesab edirik. Yoluxmanın 500-ə qalxması təhlükəlidir. Əminik ki, iki həftə ərzində stabilləşmə əldə olunacaq.. Noyabrın 2-dən sonra yenidən təhsilin davam etdirilməsi ilə bağlı məsələyə baxılacaq”.

Oxşar xəbərlər
OTACI