Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hansı şəxslər övladlığa, qəyyumluğa və himayəyə götürmədə iştirak edə bilməz? - QƏRAR

16 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” Qərara dəyişiklik edilib.

Nazirlər Kabinetinin qərarına əsasən, övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı aşağıdakı kimidir:

Dispanser müşahidəsinin I, II və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi;

Bütün növ infeksion (yoluxucu) xəstəliklər;

Lokalizasiyasından asılı olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr;

Dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları;

Narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm.

Oxşar xəbərlər
OTACI