Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusun aşkarlanması üçün ən etibarlı üsul açıqlandı

16 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

COVID-19-un aşkarlanması üçün ən etibarlı üsul “Polimeraz zəncir reaksiyası” (PZR) testidir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Rospotrebnadzor” (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin mütəxəssisi Mixail Lebedev bildirib.

Onun sözlərinə görə, bəzən koronavirus testinin cavabları səhv olur:

“Buna görə (koronavirusu - red.) yalnız birbaşa metodla öyrənə bilərsiniz. Birbaşa üsul isə PZR-dir”, - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, epidemioloji tədqiqatlar üçün sürətli testlər də əlverişlidir, lakin onlar infeksiyanın varlığına işarə edən “immunoqlobulin M”in mövcudluğunu hər zaman aşkar edə bilmirlər.

Oxşar xəbərlər
OTACI