Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident Bakının “qırmızı xətt”ini açıqladı

15 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qırmızı xətlərə” gəldikdə isə biz bunu çox dəqiq bəyan etmişik və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək.

Press.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Rusiyanın RİA Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

“Lakin, eyni zamanda, bizim təklifimiz buna əsaslanırdı ki, gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşı yaşamalıdır. Yeri gəlmişkən, Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən çoxminlik erməni icmasının mövcud olduğu Bakıda, Rusiyada, Gürcüstanda, digər ölkələrdə ermənilərlə azərbaycanlılar bəzən bir kənddə yaşayır və işləyir, onların arasında heç bir ziddiyyət yaranmır. Buna bizdə nə üçün nail olmaq mümkün deyil? Biz bu əzmdəyik. Lakin əlbəttə, etnik təmizləmələrin nəticələri aradan qaldırılmalıdır və bizim bütün məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Prinsip etibarilə mən sizə mümkün kompromislərə bizim yanaşmamızı baza prinsiplərindən bir qədər geniş açıqladım”, - Prezident bildirib.

Oxşar xəbərlər
OTACI