Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ronaldo Neymardan yazdı - "Qanadlan, körpə"

15 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sənə hörmətim böyükdür, Neymar. Sən çox oynayırsan, məhsuldar ötürmələr verirsən, gözəl driblinqə maliksən və yaxşı zərbələr endirirsən”.

Press.az xəbər verir ki, bu fikirlər Braziliya millisinin sabiq futbolçusu Ronaldoya məxsusdur. 

Əfsanəvi hücumçu Neymarın milli komandada bombardirləri siyahısında onu ötərək 2-ci pilləyə yüksəlməsinə münasibət bildirib. O, şəxsi İnstaqram səhifəsində Neymar haqqında müsbət fikirlər yazıb: “Kamilliyin sonu yoxdur. Qanadlan, körpə! Sən yazdığın tarix gözəldir. Təkmil və daha yetkin oyunçu. Bilirəm ki, meydandan kənarda təzyiqin öhdəsindən gəlmək daha çətindir nəinki topu ayağında saxlamaq. İndi mənə de görüm, biz hardan gəldik və nəyə nail olduq... Kim deyə bilər ki, bu mümkünsüzdür? Öz instinktinə inanmaqda davam et. Çünki sən heç kimin ala bilməyəcəyi istedada maliksən. Sən hələ çox rekordlar qırmalı, tarixdə öz izini qoymalısan. Zirvədə braziliyalını gördüyümə şadam”.

Xatırladaq ki, Neymar Braziliyanın DÇ-2022-nin seçmə mərhələsində Peru yığması üzərində 4:2 hesablı qələbəsində het-trik edərək millidəki qol sayını 64-ə çatdırıb. Ronaldo isə milli komanda ilə rəsmi oyunlarda 62 qol vurub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI