Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Karantin qaydaları yenə sərtləşəcək? - Baş infeksionistdən CAVAB

15 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son zamanlar vırusa yoluxma sayında yenıdən artım müşahidə olunur. Səbəbsə vətəndaşların koronavirusla mübarizəyə qeyri-ciddi yanaşmalarıdır. Əhalinin sosial məsafə gözləməməsi və maskadan istifadə etməməsi halları kütləviləşib. Mütəxəssislərin fikrincə, profilaktik tədbirlərə əməl olunmasa, yenidən sərt karantin qaydalarının tətbiq edilməsi qaçılmaz olacaq.

Son zamanlar əhalinin böyük əksəriyyəti gigiyena qaydalarına əməl etmir. Buna səbəb insanların təhlükənin ciddiliyini ikinci plana atmalarıdır.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, bu gün koronavirusa yoluxma sayında kifayət qədər artımın olmasının səbəbləri insanların qapalı məkanlarda toplaşmaları, sosial məsafəni qorumamaları və qoyulan qaydalara ciddi əməl etməmələridir.

Baş infeksionistin sözlərinə görə, ölkədəki vəziyyətlə əlaqədar olaraq epidemioloji situasiya diqqətlə izlənir. Əgər yoluxmaların sayında kəskin artım tendensiyası davam edərsə, Operativ Qərargah tərəfindən ciddi qabaqlayıcı tədbirlər görüləcək

Təyyar Eyvazov bildirib ki, karantin rejiminin sərtləşdirilməni istəmiriksə, qoyulan sadə gigiyenik qaydalara əməl etməliyik. Yalnız bu yolla yoluxma sayını azalda bilərik. Bununla da ciddi tədbirlərə ehtiyac qalmaz.

Oxşar xəbərlər
OTACI