Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident: “Azərbaycan xalqı Qarabağda vətən müharibəsi aparır”

15 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “RİA Novosti”yə verdiyi müsahibədə ölkəmizin Dağlıq Qarabağda vətən müharibəsi apardığını söyləyib.

“Bilirsiniz, istənilən müharibə qəddarlıq, insanların əzab çəkməsi, yaxınlarını itirmək deməkdir, amma fərq ondadır ki, Azərbaycan xalqı üçün bu, vətən müharibəsidir, Ermənistan üçün isə təcavüzkar müharibədir. Heç kim üçün sirr deyil və bu, beynəlxalq vasitəçilərin onsuz da bildiyi bir faktdır ki, “Dağlıq Qarabağ Ordusu” adlandırılan bir şey mövcud deyil. Bu gün, erməni tərəfinin belə adlandırdığı bu birləşmənin hərbçilərinin 90% -i Ermənistan vətəndaşıdır”, - deyə Azərbaycan Respublikasının Prezidenti vurğulayıb.

“Onlar orada nə edirlər? Bu gün erməni işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindədir. Buna heç bir şəkildə haqq qazandırmaq olmaz: nə beynəlxalq hüquq, nə də insan əxlaqı baxımından. 30 il ərzində azərbaycanlıların ata yurdlarına buraxılmaması üzrə siyasət yürütmək mümkün deyil. Bunlar erməni əhalisinin heç vaxt yaşamadığı ərazilərdir. Orada hər şeyin dağıdılması və oraya qayıtmaq üçün böyük qüvvə və vaxt sərf edilməli olması başqa məsələdir, ancaq bu cür mövqeyə heç cür haqq qazandırmaq olmaz. Buna görə də biz və bizim hərbi qulluqçularımız vuruşur və Azərbaycan torpağında ölürlər”, - deyə prezident əlavə edib.

Oxşar xəbərlər
OTACI