Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“İndidən sülhməramlılarla bağlı məsələyə fikir bildirmək tezdir”

15 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Türkiyə mütləq bu işlərdə olmalıdır”.

Press.az-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev "NTV Türkiyə” kanalına müsahibəsində deyib.

Prezident bildirib ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə məsələlər həll edilə bilməz: "Bunu artıq son illərin tarixi göstərib. Bu, kiminsə xoşuna gələ bilər və ya gəlməyə bilər, artıq tarixi faktdır. Türkiyə bölgədə fəal rol oynayır, bu Türkiyənin haqqıdır. Biz məsələni hərbi yoldan siyasi müstəviyə çevirmək üçün biz çox açıq və net mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır. Faktiki olaraq Türkiyə var. Onsuz da Türkiyə Minsk qrupunun üzvüdür. Biz mövqeyimizdə qalırıq. Ümid edirik ki, tez bir zamanda masa arxasında bu məsələ həll olunsun. Türkiyə də bu məsələdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaqdır”.

Prezident sülhməramlıların Qarabağa yerləşdirilməsi haqda suala da cavab verib: "Bu məsələ təməl prinsiplərin, prosesin son mərhələsində nəzərdə tutulub. Nəzərə alsaq ki, təməl prinsiplər razılaşdırılmayıb, müzakirə mərhələsindədir, indidən bu məsələyə fikir bildirmək bilmirəm nə dərəcədə düzgün olar. Sülhməramlı qüvvələrin tərkibi heç müzakirə olunmayıb. Savaşın davam etdiyi indiki mərhələdə hesab edirəm ki, bu məsələ bir qədər tezdir. Tarixi ədalət baxımından da, beynəlxalq hüquq baxımından da bu torpaqlar bizimdir. Azərbaycanın razılığı olmadan bu ərazilərə başqa ölkənin silahlı qüvvələri gətirilə bilməz”. 

Jurnalistin Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılmasının mümkünlüyü haqda suala dövlət başçısı belə cavab verib: "Bu haqda bu günə qədər ikitərəfli görüşlərdə müzakirə aparılmayıb. 

Əgər Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, Türkiyə ilə müttəfiqlik münasibətlərimizdən istifadə edə bilərik. Amma Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması haqda hər hansı müzakirə olmayıb”.

Oxşar xəbərlər
OTACI