Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"ın rəqibi koronavirus testlərinin nəticəsini açıqladı

15 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa Liqasında I qrupunun 1-ci turunda "Qarabağ"ı qəbul edəcək "Makkabi" (Təl-Əviv) klubunun üzvləri növbəti dəfə koronavirus testindən keçib.

Press.az İsrail klubunun saytına istinadən xəbər verir ki, bütün analizlərin nəticəsi mənfi çıxıb və heç bir oyunçuda koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, son bir neçə həftədə Təl-Əviv təmsilçisinin 12 futbolçusu virusa yoluxmuşdu. Onların əksəriyyəti artıq komanda ilə birlikdə məşqlərdə iştirak edirdi.

Əlavə edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI