Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yeni stansiyaya Polad Həşimovun adının verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur

15 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Metro stansiyalarından birinə şəhid general Polad Həşimovun adının verilməsi istiqamətində çoxsaylı müraciətlər daxil olur.

Bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, müraciətlər ictimaiyyət nümayəndələrindən və əhalidən gəlir:

“Metropolitenə bu məsələ ilə bağlı müraciətlər həddən artıq çoxdur. Biz əhalinin hisslərini çox gözəl başa düşürük. Lakin onlara da bildirilib ki, bu istiqamətdə “Bakı Metropoliteni” QSC-nin yekun qərar verəcək səlahiyyəti yoxdur. Stansiyaların adlandırılması ilə bağlı məsələlərə nəzarət Nazirlər Kabineti tərəfindən həyata keçirilir”. 

B.Məmmədov onu da qeyd edib ki, rəsmi olaraq bununla bağlı heç bir məlumat yoxdur.

Oxu.az

Oxşar xəbərlər
OTACI