Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistanın atdığı raketin ağırlığını çiyinlərində daşıyacaq 2 yaşlı Nilay - VİDEO

15 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bundan sonra 2 yaşlı qızcığaz Ermənistanın atdığı raket zərbəsinin ağırlığını çiyinlərində gəzdirəcək.

Press.az Baku TV-yə istinadən xəbər verir ki, 2 yaşlı körpə Nilayın 6 gün sonra ad günü olacaq. Ancaq o 3-cü doğum gününü valideynləri olmadan qeyd edəcək. Eynilə növbəti günləri kimi…

“Körpə uşaq dayanmadan ağlayır. Onu sakitləşdirmək üçün deyirik ki, anan gələcək”.

Bunu Nilayın xalası Rəna Quliyeva deyir. O əlavə edir ki, Nilay ağlayaraq ata-anasını soruşur. Elə o an çarəsiz qohumlar nə edəcəyini bilmir. Nilayın nənəsi Sevil Babazadə isə bildirir ki, Ermənistanın Gəncəyə mülki əhaliyə qarşı törətdikləri soyqırımı idi.

Sevil xanım deyir ki, 2 yaşlı nəvəsinin dağıntılar altından sağ çıxması bir möcüzə olub. Çünki körpə anası və atası ilə birgə yatırmış.

Qeyd edək ki, balaca Nilay düşmən hücumu zamanı ata və anası ilə yanaşı, həm də nənəsi Afaq Əliyevanı da itirib.

Ermənistanın raket zərbələri endirdiyi Gəncədə üç uşaq hər iki valideynini itirib.

Oxşar xəbərlər
OTACI