Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İran Azərbaycan ordusunu ATƏŞƏ TUTUB? - RƏSMİ

14 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"İran artilleriyasının Azərbaycan ordusunun mövqelərini atəşə tutması barədə KİV-də yayılan məlumatlar həqiqətəuyğun deyil".

Press.az xəbər verir ki, Report-a bu barədə İranın Azərbaycandakı səfirliyindən bildiriblər.

“Yoxladıq, aldığımız məlumatlara əsasən, bu informasiya həqiqətəuyğun deyil. Bu cür məlumatların əsas məqsədi İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında artan münasibətləri zəiflətməkdir. Bu məlumatları tamamilə təkzib edirik. İran və Azərbaycan dost və qardaş ölkələrdir və bu dostluq və qardaşlıq əbədi olacaq, heç kim buna mane ola bilməz”, - diplomatik nümayəndəlikdən vurğulayıblar.

Qeyd edək ki, daha əvvəl bir sıra KİV-də guya Azərbaycandan İran ərazisinə bir neçə mərmi atılmasından sonra İran artilleriyasının Azərbaycan ərazilərinə atəş açdığı yazılmışdı.

Oxşar xəbərlər
OTACI