Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənilər Füzulinin 2 kəndinə raket atıblar

14 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan silahlı qüvvələri növbəti təxribatı törədərək Füzuli rayonu ərazisinə 2 raket atıb.

Mülki əhaliyə yönəlmiş raketlər rayonun 2 kəndində əkin sahələrinə düşüb. Raketlər düşdüyü ərazilərdə dərin çuxurlar əmələ gətirib.

​Döyüşlərin başladığı ilk gündən Ermənistan ordusu tərəfindən təxribata məruz qalan kənd sakinləri bildiriblər ki, düşmənin atdığı mərmilər onları qorxutmur. Əhali arasında yüksək əhvali-ruhiyyə var.

Qeyd edək ki, bundan öncə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu ərazisinə atdığı mərmilər nəticəsində xeyli sayda yaşayış evi dağılaraq yararsız hala düşüb

Report

Oxşar xəbərlər
OTACI