Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Atçılıq Federasiyasının təşkilatçılığı ilə “HƏR ŞEY VƏTƏN ÜÇÜN!” tədbiri keçiriləcək

14 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 16-18 oktyabr 2020-ci il tarixlərdə Azərbaycan Milli Ordusunun ərazilərimizin işğaldan azad edilməsi yolunda qəhrəmancasına mübarizəsinə həsr olunmuş "Hər şey vətən üçün" adlı tədbir keçiriləcək.

Press.az xəbər verir ki, tədbir çərçivəsində 16 və 17 oktyabr tarixlərində konkur üzrə yeniyetmələr arasında “Ərgünəş”, peşəkar idmançılar arasında isə “Hadrut” və “Qarabağ” kubokları uğrunda yarışların keçirilməsi nəzərdə tutulur. 18 oktyabr 2020-ci il tarixdə isə, müxtəlif yaş kateqoriyalarında İngilis, Qarabağ və Dilbaz atlarının iştirakı ilə 5 qaçışdan ibarət cıdır yarışları təşkil olunacaq. Ordumuza dəstək məqsədilə keçirilməsi planlaşdırılan yarışda jokeylər öz atları ilə müvafiq olaraq “Suqovuşan”, “Murov”, “Cəbrayıl”, “Füzuli” və “Qarabağ” kubokları uğrunda mübarizə aparacaqlar. Tədbir yuxarıda qeyd olunan tarixlərdə Binə Atçılıq Mərkəzi ərazisində hər gün saat 11:00-dan etibarən keçiriləcəkdir.

Oxşar xəbərlər
OTACI