logo
First slide

Rezidenturanın boş qalan plan yerlərinə qəbul üçün keçirilmiş müsabiqənin nəticələri açıqlandı

14 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Press.az-a verilən məlumata görə, nəticələrə əsasən 7 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, rezidenturaya qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 15 oktyabr tarixində saat 14:00-dan 16:00‑dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (Ünvan: Bakı şəhəri, M. Mirqasımov küç. 1A) təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Oxşar xəbərlər
OTACI
OTACI