logo
First slide

Bakıda əl qumbarası tapıldı - FOTO

14 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi 85 ünvanında 1 ədəd əl qumbarası tapılıb.

Bununla bağlı ANAMA məlumat yayıb. 

Bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı şəhər Təcili Tibbi Yardım Xidmətinin (103) əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Agentliyin mütəxəssisləri, Binəqədi rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları birlikdə yuxarıda adı qeyd olunan əraziyə baxış keçiriblər.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd üzərində partladıcısı olmayan F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 30 kvadrat metr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. 

 

Oxşar xəbərlər
OTACI
OTACI