Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın bəzi ərazilərinə giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA

14 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əhali arasında “COVID-19” pandemiyasına yoluxma ilə bağlı dinamikanın artımı ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarı ilə 14 oktyabr saat 00.00-dan başlayaraq Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış məhdudlaşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Qərardan irəli gələn vəzifələrin icrası ilə əlaqədar qeyd olunan rayon mərkəzlərinin və kəndlərin giriş-çıxışlarında xüsusi karantin postları təşkil edilərək polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmətə cəlb olunublar.

Bu təhlükəli virusun  geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

“COVID-19 pandemiyası zəminində dünyada yaşanan hazırki fövqəladə vəziyyətdə və dövlətimiz üçün həssas bir dönəmdə ölkə əhalisinə xüsusi karantin rejimi müddətində göstərdikləri əzm və vətəndaş məsuliyyətinə görə bir daha təşəkkür edirik.

İnanırıq ki, qarşıdakı müddətdə də virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar törətməməsi üçün vətəndaşlarımız, o cümlədən Nazirlər Kabinetinin qərarında adları  qeyd olunan Sabirabad və Şəki rayonlarının sakinləri karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının tələb və tövsiyələrini anlayışla qarşılayacaq və bununla əlaqədar tətbiq edilən bütün qayda və qadağalara ciddi riayət edəcəklər”.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə hazırki sanitar-epidemioloji vəziyyət təhlil edilərkən çox təəssüf ki, respublikanın bəzi ərazilərində əhali arasında virusa yoluxmanın dinamikasında yenidən ciddi artım müşahidə edilib.

Oxşar xəbərlər
OTACI