Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Leyla Abdullayeva: “Ermənistan BMT TŞ qətnamələrinin tələblərini yerinə yetirməyib”

14 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva işğalçı Ermənistan ordusunun BMT TŞ-nın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar qətnamələrinə riayət etməməsinə münasibət bildirib.

Press.Az-ın məlumatına görə, xarici siyasət qurumunun sözçüsü bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

“1993-cü il oktyabrın 14-də BMT TŞ təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəlində qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması da daxil olmaqla, göstərilən təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edən 874 saylı qətnamə qəbul etdi. Ermənistan BMT TŞ qətnamələrinin tələblərini yerinə yetirməyib”, - deyə L.Abdullayeva şərhində bildirib.

❗️14 October 1993 #UNSC adopted #resolution 874 calling for implementation of urgent steps provided in “Adjusted timetable”, including withdrawal of forces from occupied territories of #Azerbaijan#Armenia hasn’t implemented demands of UNSC resolutions.#StopArmenianAggression

— Leyla Abdullayeva (@LAbdullayevaMFA) October 14, 2020
Oxşar xəbərlər
OTACI