logo
First slide

Prezident: "Xain hücumlar bizi zərrə qədər də yolumuzdan döndərə bilməz"

14 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bu gün Azərbaycan tam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var. Məhz buna görə bu xain hücumlar bizim iradəmizi qıra bilmədi".

Press.az xəbər verir ki, bunu Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Prezident bildirib ki,erməni vəhşiliyindən ən çox zərər çəkən Tərtər şəhəridir. Tərtər şəhərinə minlərlə mərmi düşüb. Tərtər balaca bir şəhərdir, Gəncə kimi böyük şəhər deyil:

"Bu gün (müsahibə oktyabrın 13-də verilib - "Report") səhər mənə verilən məlumata görə, 100-dən çox mərmi səhər saat 7-dən indi saat 10-un yarısıdır, 2 saat yarım ərzində mindən çox mərmi Tərtər şəhərinə düşüb. Amma tərtərlilər bir dağ kimi, bir yumruq kimi dayanıblar, heç bir yerə getmirlər və deyirlər, öldü var, döndü yoxdur. Həmçinin Ağdamda da, Goranboyda da, Ağcabədidə də, cəbhə xəttinə yaxın olan bütün başqa bölgələrdə də belədir. Onlar düşmənlə üz-üzə yaşamağa öyrəşiblər. 2016-cı ildə, məşhur Aprel döyüşlərindən sonra mən erməni vəhşiliyindən zərər çəkmiş bölgələrə getdim və bir kənddə oldum. O kənddən erməni mövqelərinə məsafə 100-150 metr idi. Bizim hərbçilər mənə dedilər ki, oraya getməyin. Getməyin, ora təhlükəlidir. Dedim, orada bizim insanlar yaşayır, onlar üçün təhlükəli deyilmi? Onlar nə qədər cəsarətli, nə qədər qürurlu insanlardır ki, orada düşmənin atəşi altında yaşayır, qurur, övladlarını böyüdür. Azərbaycan xalqı, bax, bu xalqdır!

Ona görə bu xain hücumlar bizi zərrə qədər də yolumuzdan döndərə bilməz. Ermənistanın digər bir məqsədi bizi dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Bizi heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!"

Oxşar xəbərlər
OTACI
OTACI