Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sankt-Peterburqdakı azərbaycanlılar erməni həkimlə bağlı xəstəxana rəhbərliyinə müraciət etdi

14 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məlum olduğu kimi, işğalçı Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində, gecə saat 2 radələrində Gəncə şəhərində mülki əhalinin sıx yaşadığı məntəqələri raket atəşinə tutub. Gəncə şəhərinə atılmış raketlərdən biri mülki şəxslərin yaşadığı binaya düşüb. Nəticədə, dördü qadın olmaqla doqquz nəfər həlak olub, 16 qadın, altı azyaşlı uşaq olmaqla, 34 nəfər yaralanıb, infrastruktura külli miqdarda ziyan dəyib.

Hadisə ilə bağlı Sankt-Peterburq Dövlət Büdcə Səhiyyə Təşkilatı “Nikolayevskaya Xəstəxanası”nda ultrasəs həkimi işləyən Marqaryan Ekaterina Muşeqovna sosial şəbəkələrdə paylaşım edərək, azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədib və dinc əhalinin xəsarət almasına sevindiyini ifadə edib.

Buna etiraz əlaməti olaraq, Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Azərbaycan milli-mədəni muxtariyyəti”nin Gənclər İttifaqının sədri Elman Manafov adıçəkilən tibb müəssisəsinin rəhbərliyinə yazılı müraciət göndərərək, yuxarıda qeyd edilən həkimin hərəkətlərindən ölçü götürülməsini tələb edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, xəstəxana rəhbərliyi “Azərbaycan milli-mədəni muxtariyyəti”nin Gənclər İttifaqına cavab məktubu ilə bildirib ki, hadisəni qətiyyətlə pisləyir və bu cür hadisələri yol verilməz hesab edir.

Məsələnin araşdırılması və Marqaryan Ekaterina Muşeqovnanın hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə xəstəxanadan Sankt-Peterburq şəhərinin Petrodvorets Rayon Prokurorluğuna rəsmi müraciət edilib.

Oxşar xəbərlər
OTACI