logo
First slide

Gürcüstanın baş naziri: “Dondurulmuş” münaqişə mövcud deyil”

14 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Son hadisələr aydın olaraq göstərdi ki, “dondurulmuş” münaqişə mövcud deyil, belə ki, onun olduqca tez “donunu açmaq” mümkündür”.

Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Krallığın Müdafiə Tədqiqatları Birləşmiş İnstitutunun (RUSİ) onlayn formatda təşkil etdiyi müzakirələrdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında baş verənlər yalnız Gürcüstan üçün deyil, bütün region üçün də əhəmiyyətlidir:

“Üstəlik, biz hesab edirik ki, bu, daha geniş Qara dəniz bölgəsi üçün də risk daşıyır. Məhz buna görə də eskalasiya başlayan kimi biz hər iki ölkə istiqamətində hərbi yüklərin daşınmasına icazələrin verilməsini müvəqqəti dayandırdıq. Əks halda, biz bu və ya digər formada münaqişəyə cəlb olunmaqla bağlı risk edə bilərdik və bu da Gürcüstan üçün qəbuledilməzdir”.

Hökumət başçısı xatırladıb ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında Tbilisidə dialoqun təşkili ilə bağlı hazırlığını ifadə edib:

“Biz eyni zamanda qəbul edirik ki, Qərb tərəfdaşlarının dəstəyi regionda gərginliyin azaldılması üçün olduqca böyük əhəmiyyət kəsb edir. Burada əlbəttə ki, ATƏT-in Minsk qrupu həlledici rol oynamalıdır”.

Report

Oxşar xəbərlər
OTACI
OTACI