Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fransanın XİN rəhbəri ermənipərəst rəsmilərin təkliflərini rədd etdi

14 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian (Jean-Yves Le Drian) ölkənin bir sıra deputat və merlərinin Dağlıq Qarabağ münaqişəsi məsələsində ermənilərin tərəfinə keçmələri çağırışlarını rədd edib.

Məlumata görə, nazir Fransanın Milli Assambleyasında deputatlar qarşısında çıxış edərkən Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi statusu ilə əlaqəli olaraq, ölkənin bu məsələdə neytral mövqeyini saxlayacağını vurğulayıb.

“1994-cü ildə ATƏT-in Rusiya, ABŞ və bizə həvalə etdiyi missiya Fransanın üzərinə bitərəf mövqe tutmaq tələbi qoyur”, - Jan-İv Lö Drian bildirib. "İki ölkənin birinin və ya digərinin tərəfini tutmağımız düzgün olmaz” - o əlavə edib.

Xatırladaq ki, ötən həftə Fransanın 170-dən çox bələdiyyə sədri, deputat və senatoru hökuməti Dağlıq Qarabağ münaqişəsi məsələsində neytral mövqedən çıxmağa və Ermənistanı dəstəkləməyə çağırıb.

Report

Oxşar xəbərlər
OTACI