Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsrailin keçmiş Prezidenti Azərbaycan Prezidentinə məktub göndərib

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsrailin sabiq Prezidenti, Knessetin keçmiş sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzik Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Press.az-ın məlumatına görə, məktubda deyilir:

“Zati-aliləri,

Bu çətin dövrdə Sizə dəstəyimizi ifadə edir və xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrini bir daha vurğulayıram.

Son günlərdə mülki insanların qətlə yetirilməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir.

Hazırda gözəl ölkəniz yeni çağırışla üz-üzədir. Ancaq təcrübəmiz bizə inanmağı və heç vaxt qorxmamağı öyrədib. Əminəm ki, uğurlu rəhbərliyiniz və müdrikliyiniz sayəsində Siz xalqınızı doğru yolla irəliyə aparacaq, bununla da hamı üçün sülhü və firavanlığı təmin edəcəksiniz.

Hörmətli cənab Prezident, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin uğurlu fəaliyyətini vurğulamaq istərdim. Mərkəzimiz nüfuzlu həmsədrləri, fəal və yaradıcı baş katibi ilə birlikdə hər zaman tolerantlığı, dialoqu, anlaşmanı və birgəyaşayışı təşviq edən qabaqcıl quruma çevrilməyə çalışır. Biz mərkəzdə bu məsələ ilə bağlı fikirlərimizi bölüşmək üçün mütəmadi görüşlər keçiririk”.

Oxşar xəbərlər
OTACI