Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağdamın 2 qəsəbəsi və 8 kəndi dayanmadan atəşə tutulur

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan silahlı qüvvələri Ağdamın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Press.az xəbər verir ki, bu barədə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev Trend-ə açıqlamasında deyib.

O bildirib ki, erməni silahlı birləşmələri dünən gecədən etibarən rayonun qəsəbə və kəndlərini ağır artilleriyalardan atəşə tutur: "Rayonun Dördyol-1 və Təzəkənd qəsəbəsi, Təzəkənd, Qərvənd, Çəmənli, Sarıcalı, Əhmədağalı, Mirəşelli, Əfətli və Qaradağlı kəndləri dayanmadan atəşə məruz qalır. Hazırda yaşayış məntəqələri mərmi atəşinə tutulur. Yaşayış məntəqələrində evlər və digər obyektlərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən hələlik mülki şəxslər arasında itki yoxdur".

Oxşar xəbərlər
OTACI