Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Düşmən gün ərzində Tərtərə 455 top mərmisi atıb

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini və ətraf kəndləri atəşə tutmaqda davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə atəş açıb.

Bu gün ərzində ermənilər Tərtər şəhəri və ətraf kəndlərə ümumilikdə 455 top mərmisi atıb. Nəticədə 10-dan çox evə ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

Qeyd edək ki, ermənilər tərəfindən atılan top mərmiləri nəticəsində Tərtər rayonu ərazisində ümumilikdə 40 mülki şəxs yaralanıb, 9 nəfər ölüb.

Oxşar xəbərlər
OTACI