Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həmsədrlər bəyanat yayıb

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endryu Şefer (ABŞ) birgə bəyanat yayıblar.

Təşkilatın saytında yayımlanan bəyanatda qeyd edilir ki, həmsədrlər 10 oktyabrda Moskvada təsdiqlənən razılaşmaya əsasən, tərəflərin öhdəliklərini tam şəkildə icra etmək üçün təcili addımlar atmağa çağırıb.

Həmsədrlər tərəfləri meyitlərin, hərbi əsirlərin və saxlanılanların dəyişdirilməsinə şərait yaratmaq üçün təcili olaraq humanitar atəşkəsi tətbiq etməyə çağırıblar və təcili olaraq atəşkəs mexanizminin razılaşdırılması üçün tərəflərə müraciət ediblər.

Həmsədrlər qeyd ediblər ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla danışıqlardan sonra münaqişənin siyasi həll prosesinin əsas müddəaları üzərində tərəflərlə birgə işləyirlər. 

Oxşar xəbərlər
OTACI