Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hazırda bütün dünyada COVİD-19-a yoluxma halı pik həddinə çatıb - TƏBİB-in komitə sədri

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İnsanlar COVİD-19-a yoluxma sayı azalıbmış kimi bir az arxayınlaşıblar. Amma hamı bilməlidir ki, hazırda karantin rejimidir.

Press.az xəbər verir ki, bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov əlavə edib ki, hazırda bütün dünyada COVİD-19-a yoluxma halı pik həddinə çatıb.

Payız-qış aylarında Azərbaycanda da yoluxma sayında artımın baş verəcəyinin gözlənildiyini deyən A.Qurbanov qeyd edib ki, soyuq fəsildə kəskin respirator virus infeksiyaları, tənəffüs sistemi xəstəlikləri aktivləşir:

“Bunun da səbəbi odur ki, soyuq hava yuxarı tənəffüs orqanlarına təsir göstərib onun müdafiə qabiliyyətini zəiflədir və tənəffüs yolu ilə yoluxan infeksiyalar – yalnız COVİD deyil , qrip və qripəbənzər xəstəliklər də aktivləşir. Yoluxma sayının artması bir tərəfdən bununla bağlıdır. Digər tərəfdən, insanların sıxlığı bu yoluxmanın artmasına səbəb olur. Bu, xüsusən o halda olur ki, tövsiyələrə əməl edilmir. Mən bildiyimə göprə, nəqliyyat vasitəsiləırində heç də lazımi qaydalara hər kəs əməl etmir”.

Komitə sədrinin sözlərinə görə, hələlik COVİD-19-a qarşı vaksin olmadığı üçün insanlar yalnız virusdan qorunma tədbirlərinə əməl etməlidirlər.

Onun fikrincə, qorunma tədbirlərinə əməl edilsə, yoluxma sayını azaltmaq olar.

Oxşar xəbərlər
OTACI