Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məhkəmə İmişlinin sabiq icra başçısının vəsatətini rədd etdi

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılan, İmişli rayon İcra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Press.az-ın Trend-ə istinadən məlumatına görə, Hakim İlkin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə vəsatət araşdırılsa da təmin edilməyib.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin may ayında İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb. V. Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər ağır cinayətlərdə ittiham olunub.

Oxşar xəbərlər
OTACI