Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində üç uşaq hər iki valideynini itirib - FOTO

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində üç uşaq hər iki valideynini itirib. Bununla da Ermənistan Respublikası iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın tələblərini kobud şəkildə pozub.

Bu barədə Ombudsmanın Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla əlaqədar həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair hesabatında məlumat verilib.

Qeyd edilib ki, 2020-ci il oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 kilometr kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini yenidən raket atəşinə tutan Ermənistan Respublikası BMT Nizamnaməsinin, beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən beynəlxalq humanitar hüquq normalarının, Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Konvensiya”nın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında Haaqa Konvensiyası”nın, “Uşaq hüquqları haqqında Konvesiyası”nın müddəalarını pozub.

Eləcə də 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə Ermənistan tərəfindən əməl edilməməsi nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşaiyət edilən növbəti terror aktı törədilib. 

Həmçinin, Gəncə şəhərinin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində yaralanan 10 nəfər məktəbli uşaqların siyahısı da hesabatda təqdim olunub.

Oxşar xəbərlər
OTACI