logo
First slide

ÜST COVID-19-la mübarizədə kollektiv immunitetlə bağlı fikirlərdən birini qəbul etmir

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusla mübarizədə kollektiv immunitetin qazanılmasına nail olmaq üçün kütləvi yoluxma ilə bağlı fikir etik qaydalara və elmi yanaşmaya ziddir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədəki brifinqdə söyləyib.

“Tarix boyu heç vaxt, hətta pandemiya şəraitində belə kollektiv immunitetin qazanılması üçün pandemiya ilə mübarizə strategiyasından belə istifadə olunmayıb”, - deyə o bildirib.

Qebreyesus qeyd edib ki, kollektiv immunitet konsepsiyası virusun insanlar arasında sərbəst şəkildə yayılmasına deyil, əhalinin kifayət qədər böyük bir hissəsinin kütləvi qaydada peyvənd olunmasına əsaslanır.

Mütəxəssis həkimlər arasında koronavirusla bağlı məlumat bazasının kasadlığına diqqət çəkib. Xüsusilə, COVİD-19 virusundan sağalan şəxsin immun sisteminin nə qədər davamlı olacağı hələ bəlli deyil. ÜST-ün rəhbəri bir çox ölkələrin kollektiv immunitetin qazanılması səviyyəsinə çatmasının hələ çox uzaq olduğunu iddia edir.

Qebreyesus, ayrıca olaraq, COVİD-19-un orqanizmə uzunmüddətli təsirlərinin hələ tam öyrənilmədiyini unutmamağa çağırıb.

Daha öncə Qamaleya Mərkəzinin rəhbəri Aleksandr Qintsburq insanlar arasında kütləvi şəkildə yoluxma ilə əlaqədar koronavirusla mübarizədə kollektiv immunitetin qazanılmasına şübhə etdiyini bildirmişdi.

Rusiya Federasiyası Federal Səhiyyə Nazirliyinin A.A. Smorodintsev adına Elmi-Tədqiqat İnstitutunun direktoru Dmitri Lioznov rusların kütləvi vaksin olunmasının 2021-ci ilin payızına qədər COVİD-19 və digər mövsümi viruslara qarşı kollektiv immunitet yaratmasına səbəb ola biləcəyini deyib.

Koronavirus pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib. ÜST-ün son məlumatlarına əsasən, yoluxanların sayı 37 milyonu keçib, onlardan 1 milyondan çoxu həyatını itirib. Əksər yoluxma halları ABŞ-da (7,5 milyon) qeydə alınıb.

Oxşar xəbərlər
OTACI
OTACI