Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paytaxt məktəblərindən orduya dəstək aksiyaları - FOTO

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Paytaxtdakı ümumi təhsil müəssisələri kollektivlərinin Azərbaycan Ordusuna dəstək aksiyaları davam edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra məktəblərin pedaqoji heyətinin, şagird və valideynlərin təşəbbüsü ilə işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan ön cəbhədəki əsgərlərə, eləcə də, düşmən hücumu nəticəsində zərər çəkmiş ailələrə hərtərəfli dəstək göstərilir.

Bu barədə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, məktəb kollektivləri əsgərlərlə görüşlərdə ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə edir, hər bir azərbaycanlının döyüşə hazır olduğunu vurğulayırlar. Şagirdlərin böyük həvəs və ruh yüksəkliyi ilə yazdıqları məktublar da əsgərlərə təqdim olunur.

Həmçinin, bir çox təhsil işçiləri və valideynlər qanvermə aksiyasına qoşulurlar.

Qeyd edək ki, dəstək aksiyalarının təşkilində əsas məqsəd xalq-ordu birliyini daha da möhkəmləndirmək, cəmiyyətdə vüsət alan yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaq, xalqın sarsılmaz həmrəyliyini nümayiş etdirmək və Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etməkdən ibarətdir.

Oxşar xəbərlər
OTACI