Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rezidenturaya boş qalan yerlər üzrə qəbul aparılır

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı bir ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib.

Mərkəzdən Press.az-a verilən məlumata görə, 2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 508 yerdən ibarət olmuşdur.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatmışdır. Rezidenturaya qəbul olmuş namizədlərdən 11 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilmişdir (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar). Ümumilikdə 74 plan yeri boş qalmışdır.

Oxşar xəbərlər
OTACI