Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müharibə şəraitində mühüm əhəmiyyətə malik xeyli sayda İlizarov aparatı ölkəyə gətirildi

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İllizarov aparatı yaralı hərbçilərin müalicəsi üçün ideal tibbi ləvazimatdır. 

Cəmiyyətdə daha çox İlizarov aparatı olaraq bilinən yeni tibbi cihazlar Azərbaycana gətirilib.

Artıq 510 belə aparatdan ibarət ilk partiya paytaxtdadır. Bu aparatlar hərbi hospitallara paylanıb. Müharibə şəraitində olan ölkələrdə vacib əhəmiyyət kəsb edən bu aparatlar ayrı-ayrı sümük parçalarının uzunmüddətli fiksasiyası, sümük toxumasının zədələnməsini azaltmaq üçün mühüm tibbi aparat hesab olunur. 

Aktiv müharibə şəraitində hərbi hospitallarda, eyni zamanda mobil hospitallarda da bu aparatlar hərbçilərin sağlamlığına qovuşması, onların daha tez tibbi ehtiyaclarının qarşılanması baxımından yüksək əhəmiyyət daşıyır. Bu aparat sayəsində çox sayda əsgərimiz öz sağlamlığına qovuşacaq. Həmin cihazların ordu üçün təchizatı layihəsi çərçivəsində İlizarov aparatından 3500 ədəd sifariş olunub. 

Qeyd edək ki, İlizarov aparatlarının ölkəyə gətirilməsi iş adamı Anar Əlizadə tərəfindən həyata keçirilib.

Oxu.az

Oxşar xəbərlər
OTACI