Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hərbi ekspert: Ermənilərin Hadrut barədə yalan məlumatları onların növbəti həyasızlığıdır

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan silahlı qüvvələri öz uğursuzluqlarını ört-basdır etmək üçün indi də yalan informasiyalar yaymağa başlayıb.

Press.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, indi də erməni əhalisini aldatmaq üçün guya Hadrut qəsəbəsinin onlarda olduğunu deyirlər: "Bu, ermənilərin həyasızlığıdır. Ermənilər həmişə yalanları ilə tanınıb. Hadrut qəsəbəsi işğaldan azad olunub, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb, həmçinin işğaldan azad edilən ərazilərin mütəmadi olaraq görüntüləri çəkilib ictimaiyyətə də təqdim edilir. Azərbaycan əsgərinin uğurları davam edir. Prezident, Ali Baş Komandan İlham Əliyev Türkiyə telekanalına müsahibəsində maraqlı bir fikir bildirdi və bu fikrə diqqət yetirsək, hər şey məlum olar. Cənab Prezident bildirdi ki, hələ bir çox xoş xəbərlərimiz var, sadəcə onları tədricən açıqlayacağıq. Bu o deməkdir ki, Azərbaycan əsgəri işğal altındakı bir çox əraziləri də azad edib və yaxın vaxtlarda biz o xəbərləri də eşidəcəyik. Ermənistana isə sadəcə yalan informasiyalar qalacaq".

Ü.Cəfərov bildirib ki, artıq ermənilərin bəzi havadarları da onların tərəfini saxlayaraq Azərbaycan Ordusuna qarşı kampaniya aparmağa başlayıb: "Rusiya mətbuatı Azərbaycan əsgərini başqa yöndə təqdim etmək istəyir. Amma kim nə deyir desin, Azərbaycan əsgəri öz işindədir və verilən tapşırıqları uğurla icra edir".

Oxşar xəbərlər
OTACI