Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusa təkrar yoluxmadan dünyada ilk ölüm qeydə alınıb

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Niderlandda koronavirusa təkrar yoluxan qadın vəfat edib.

Bu barədə “BNO News” agentliyi xəbər yayıb.

Məlumata görə, bu, koronavirusa təkrar yoluxmadan dünyada ilk ölüm halıdır.

Bildirilir ki, 89 yaşlı qadın lenfomanın nadir görülən formasından əziyyət çəkib.

Yüksək temperatur və möhkəm öskürəklə xəstəxanaya müraciət edən yaşlı qadının koronavirus testinin nəticəsi müsbət olub. Xəstə beş gün xəstəxanada qalıb, bundan sonra yorğunluqdan başqa bütün simptomlar yox olub və o, evə buraxılıb.

Təxminən iki ay sonra qadının yenidən qızdırması qalxıb, o, həmçinin, öskürək və nəfəs darlığından da şikayət edib. Qadının özünü pis hiss etməzdən iki gün əvvəl kimyəvi terapiyanın yeni kursuna başladığı vurğulanıb.

O, xəstəxanaya yerləşdirilib.

Xəstənin yenidən koronavirusa yoluxduğu məlum olub. Səkkizinci gündə qadının vəziyyəti pisləşib və iki həftə sonra isə ölüb.

Alimlər hər iki testi də müqayisə edərək, virusun genetik tərkibinin fərqli olduğunu aşkarlayıblar. Bu hal qadının koronavirus infeksiyasına yenidən yoluxduğunu təsdiqləyir.

Oxşar xəbərlər
OTACI