Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hikmət Hacıyev Gəncədə mülki əhaliyə qarşı istifadə edilən silahdan yazdı - FOTO

12 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində Ermənistan ordusunun Gəncə və Mingəçevirdə mülki əhaliyə qarşı “Skad” raketindən istifadə etdiyini yazıb.

“Bu ballistik raketlər nüvə başlığını daşımaq iqtidarındadır.  ANAMA tərəfindən aparılan hərtərəfli istintaq bunu təsdiq edir. Ballistik raket mülki əhalinin sıx yaşadığı əraziyə böyük ziyan vurub!”, - deyə H.Hacıyev qeyd edib.

Qeyd edək ki, Ermənistan ordusunun 11 oktyabr gecə saat iki radələrində Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində doqquz nəfər həlak olub, 35 nəfər yaralanıb.

Oxşar xəbərlər
OTACI