Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Vilyarreal"ın hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

12 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vilyarreal"ın  aparıcı futbolçularından hesab olunan Jerar Moreno zədələnib.

Press.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu məşq zamanı sol ayaq budundan xəsarət alıb.

Oyunçunun, təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Buna görə də o, qrup mərhələsinin 2-ci turunda  "Qarabağ"la matçı buraxa bilər.

Morenonun komandaya qayıtma müddətinin  zədənin sonrakı vəziyyətindən asılı olacağı qeyd olunub.

Xatırladaq ki, 29 oktyabrda keçiriləcək  "Qarabağ" – “Vilyareal” qarşılaşması 21:55-də başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI